Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

İqtisadiyyat

17 Aprel 2025 09:49 276


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 ABŞ dolları, yaxud 1,97 % artaraq 68,46 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib. 

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 67,64 ABŞ dolları təşkil edib. pizza

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,30 ABŞ dolları və ya 1,99 % artaraq 66,64 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!