Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb

İqtisadiyyat

05 Aprel 2025 10:57 422


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,84 ABŞ dolları, yaxud 5,22 % azalaraq 69,64 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 67,9 ABŞ dolları təşkil edib. Marqarita pizza

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,79 ABŞ dolları və ya 5,28 % azalaraq 68,02 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!