Azərbaycan neftinin qiyməti dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti dəyişdi

İqtisadiyyat

28 Noyabr 2019 21:31 1628


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 67,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel azdır. Dördpendirli pizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,98 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!