Azərbaycan neftinin qiyməti dəyişmədi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin qiyməti dəyişmədi

İqtisadiyyat

26 Dekabr 2019 19:23 1221


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 25-də 68,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

"Yeni Sabah" xəbər verir ki,  bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir. pizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,63 dollar/barel olub ki, bu da əvvəlki göstərici ilə eynidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!