“Azərbaycan Nəşriyyatı”   bağlandı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Nəşriyyatı” bağlandı

Siyasət

05 Fevral 2026 16:32 1031


“Azərbaycan Nəşriyyatı” əsaslı təmir-bərpa işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb”.

Bu barədə “Yeni Sabah”a qurumdan məlumat verilib.

Bildirilib ki, nəşriyyatın yerləşdiyi binanın texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükəsizlik standartlarına cavab verməsi və müasir iş şəraitinin yaradılması məqsədilə genişmiqyaslı təmir işlərinin həyata keçirilməsi planlaşdırılır: Sezar pizza

“Bu səbəbdən hazırda binada fəaliyyət göstərən qəzet redaksiyalarına və müxtəlif təşkilatlara martın 1-dək möhlət verilmişdi və onların müvəqqəti olaraq başqa ünvanlara köçmələri tələb olunmuşdu. Demək olar ki, hamı başqa ünvana köçüb və bütün otaqlar boşaldılıb”.

Qeyd edilib ki, “Azərbaycan Nəşriyyatı” təmir-bərpa işləri başa çatdıqdan sonra  fəaliyyətini əvvəlki qaydada davam etdirəcək:

“İndiyədək binada yerləşən qəzet və təşkilatların təmirdən sonra yenidən nəşriyyata qayıtmasına icazə verilib-verilməyəcəyinə gəlincə, bu barədə qərar onların özləri verməlidir”.

“Azərbaycan Nəşriyyatı”da təmir işlərinin nə vaxt başlayacağı və başa çatacağı isə hələ dəqiq bilinmir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!