Azərbaycan-Oman  məsləhətləşmələri aparlıb - XİN

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Oman məsləhətləşmələri aparlıb - XİN

Siyasət

11 Dekabr 2023 15:16 425


Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundunda iştirak etmək məqsədilə dekabrın 10-da Oman Sultanlığında səfərdə olub.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Siyasi məsləhətləşmələrdə Oman Sultanlığının nümayəndə heyətinə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini şeyx Xəlifə bin Əli Əl-Harisi rəhbərlik edib. Marqarita pizza

Tərəflər Azərbaycan və Oman arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ticarət dövriyyəsinin həcminin artırılmasına dair fikir mübadiləsi aparıb və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!