Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni əraziləri nəzarətə götürüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni əraziləri nəzarətə götürüb

Rəsmi

13 Avqust 2019 19:07 3523


“Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkərək, neytral ərazidəki yüksəkliklərdə yeni mövqelər yaradıb və böyük bir ərazini tam nəzarət altına götürüb”.

“Yeni Sabah” xəbər verir ki, bunu hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib.

Bu gün Qazax rayonunun Ermənistanla sərhəd mövqelərinə səfər edən R.Süleymanov deyib ki, düşmənlə döyüş aparılaraq, irəli çəkilən mövqerlərimizdən Ermənistan Respublikası ərazisindəki mövqelər nəzarət altındadır. pizza hut

O, ərazidən və yeni mövqeyimizdən çəkdiyi fotonu da təqdim edib. R.Süleymanov daha detallı məlumatı sonra açıqlayacağını  deyərək, bu barədə rəsmi açıqlamanın olacağını istisna etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!