Azərbaycan Ordusuna anti-terror əməliyyatına hazırlıq tapşırığı verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusuna anti-terror əməliyyatına hazırlıq tapşırığı verildi

Siyasət

18 May 2021 12:25 1940


Azərbaycan Ordusunun təlimləri davam edir.

Bu barədə “Yeni Sabah” a Müdafiə Nazirliyindən məlumat verilib.

Növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib. pizza sifarişi

Təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!