Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi

Rəsmi

20 Sentyabr 2024 19:36 1415


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, sentyabrın 20-də Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidməti məlumat yayıb.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. pizza

Keçirilən tədbirlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.

Çıxış edənlər bildiriblər ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Respublikası xarici havadarlarının köməyi ilə ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirərək torpaqlarımızın 20 faizini işğal etmiş, xalqımıza qarşı insanlıq əleyhinə cinayətlər apararaq şəhər və kəndlərimizi viran, təbii sərvətlərimizi isə talan etmişdir, eləcə də dövrümüzün ən dəhşətli faciəsi olan Xocalı soyqırımını törətmişdir.

Düşmənin növbəti hərbi təcavüz və təxribatlarının qarşısı 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatında alınaraq tarixi Zəfər qazanılmış, torpaqlarımız işğaldan azad olunmuşdur. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, həmçinin şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!