Azərbaycan öz neftini hara və neçəyə satır? -   ÖLKƏLƏR, QİYMƏTLƏR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan öz neftini hara və neçəyə satır? - ÖLKƏLƏR, QİYMƏTLƏR

İqtisadiyyat

28 Aprel 2025 10:58 1294


2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan neftinin ən çox ixrac edildiyi ölkələrin adları açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 13 ölkəyə ümumilikdə 3,4 milyard dollar dəyərində 6 milyon tondan çox neft satılıb.

Ən çox neft isə İtaliyaya ixrac edilib. Bu ölkəyə satılan neftin həcmi 3,1 milyon ton, məbləği isə 1,7 milyard dollar olub. Çexiyaya isə 304,7  dollarlıq 558,7 min ton neft satılıb. Marqarita pizza

Siyahıda yarım milyon tonla üçüncü yerdə Almaniya durur ki, bu ölkəyə satılan xam neftin məbləği 276,5 milyon manat təşkil edib.

Ən az neft isə Türkiyəyə satılıb - 24,2 min ton. Neftin dəyəri isə 12 milyon dollar təşkil edib.

İxrac olunan neft ən baha qiymətə Bolqarıstana (1034 manat) və İsveçrəyə (1021 manat), ən aşağı qiymətə isə Türkiyəyə (848 manat) satılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!