“Azərbaycan qərbin qorxusundan...”   İlqar Məmmədovdan sərt açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan qərbin qorxusundan...” İlqar Məmmədovdan sərt açıqlama

Siyasət

25 May 2019 16:35 1448


“Ermənilər hal-hazırda çox maraqlı və uzaq məqsədli oyun qururlar. Güney Qafqazda “iki erməni dövləti” vəziyyətini yetişdirmək istəyirlər – biri hər baxımdan Qərb meylli Ermənsitan Respublikası, digəri isə Rusiyanın tam nəzarətində olan “DQR””.

“Yeni Sabah” xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O, bildirib ki, belə getsə, Ermənistan Qərblə o qədər yaxınlaşacaq ki, Azərbaycan onu Qərbin qorxusundan heç vaxt vura bilməyəcək. “DQR” isə Moskvanın əsl forpostu olaraq Güney Qafqazda onun maraqlarını təmsil edəcək.

“Azərbaycanda şahlıq və diktatura buna adekvat cavabdırmı? Bir şəxsin əlində cəmləşmiş dövlətçilik Azərbaycana heç bir strateji manevrlər etməyə imkan vermir. Sezar pizza

Dərd ondadır ki, Ermənistanda gedən “bölünmə” oyun da olsa, teatr deyil. Cəmiyyətdə doğrudan da mövcud olan siyasi münaqişələrə əsaslanan xalis siyasi prosesdir, amma ermənilərin təsəvvür etdikləri ümumi milli məqsədlərə xidmət edir. Bizdə bunu Əliyev təkrarlamaq istəsə, bu olacaq yeni nəsil oyuncaq müxalifət qurub Ermənistanın ardınca sürünmək. Heç kəs də bunu ciddi qəbul etməyəcək – nə ölkədə, nə də dünyada.

Gerçək siyasi-ideoloji prosesə əsaslanan demokratik rəqabət Azərbaycanın buna cavab verəcəyi yeganə yoldur. Bu yol, Qarabağ məsələsi ilə bağlı cavablara bizi özü gətirib çıxaracaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!