Azərbaycan Rusiyaya 36 ton yumurta ixrac etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Rusiyaya 36 ton yumurta ixrac etdi

Maraqlı

19 Dekabr 2023 22:27 840


Bu gün “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, bu barədə razılıq “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında bu ilin noyabrında aparılan danışıqlar zamanı əldə edilib. Dominos pizza

Rusiyada son aylar toyuq yumurtasının qiymətində artım müşahidə olunur. "Rosstat"ın məlumatına görə, noyabrda yumurta oktyabr ayı ilə müqayisədə 15,07% bahalaşıb, ilin əvvəlindən isə toyuq yumurtasının qiyməti 36,54% artıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!