Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bu ölkənin Təbrizdəki baş konsulu Ərdəbil səfəri çərçivəsində İran Ali Rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Seyyid Həsən Amili ilə görüşüblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Ərdəbil imam-cüməsinin sosial şəbəkə hesabında məlumat yayılıb.
Bu görüşdə iki ölkə arasında münasibətlərin daha da yüksəldilməsi və bu yöndə olan əngəllərin aradan qaldırılması yolları müzakirə edilib. Dördpendirli pizza
Tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, inkişafı və rəsmi əlaqələrinin daha da genişləndirilməsi vacibliyi və bir-birinin imkanlarından istifadə etməsini vurğulayıblar.
Telegram kanalımız