Azərbaycan səfirliyinə hücum bizi şoka salıb - Zaxarova

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səfirliyinə hücum bizi şoka salıb - Zaxarova

Siyasət

27 Yanvar 2023 11:28 810


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib. 

Modern.az xəbər verir ki, XİN sözçüsü bu barədə "Telegram" kanalında yazıb. 

"Azərbaycan səfirliyinə hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!  pizza mizza

Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik", - deyə Zaxarova vurğulayıb. 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!