Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - Video

Rəsmi

02 Avqust 2020 15:38 1038


Hərbi əməkdaşlıq haqqında sazişə əsasən, ölkəmizdə keçirilən Azərbaycan - Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, plana əsasən, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə uyğun olaraq, təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər. pizza hut

Təlimlər davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!