Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalandı

Siyasət

18 May 2021 19:49 940


Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mayın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənovla Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Pepperoni pizza

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda Z.Həsənov və V.Xrenin əməkdaşlıq sənədi imzalayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!