Azərbaycan və İran KTMT-yə üzv ola bilər - Rusiyalı ekspert

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və İran KTMT-yə üzv ola bilər - Rusiyalı ekspert

Rəsmi

21 İyun 2023 10:43 1396


KTMT Azərbaycanın hesabına genişlənə bilər.

Yenisabah.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU - RUDN) beynəlxalq münasibətlərin nəzəriyyəsi və tarixi kafedrasının dosenti Vitali Danilov deyib.

O, KTMT XİN Şurasının son toplantısını şərh edib. pizza sifarişi

V. Danilovun sözlərinə görə, KTMT ölkələri əməkdaşlığın daha da dərinləşdirilməsi kursuna sadiq qalmalıdır:

“2022-ci ilin əvvəlində Qazaxıstanda baş verənlər sadəcə olaraq KTMT-nin nəinki çevrilişin qarşısını almağa, həm də regionda hərbi-siyasi vəziyyəti sabitləşdirməyə qadir olduğunu göstərdi".

Vitali Danilov etiraf edib ki, gələcəkdə təşkilat böyüyəcək və müəyyən mənada hətta MDB ilə birləşə bilər:

"Bu, ona görə baş verəcək ki, MDB ölkələri müstəqillik dövründə başa düşdülər ki, Rusiya və güclü hərbi-siyasi quruluş olmadan regional çağırışlara və təhdidlərə müqavimət göstərmək çətin olacaq.

İlk növbədə, söhbət İslam ekstremizmi təhlükəsi ilə üzləşən və 1992-ci ildə KTMT-nin yaradılmasının başlanğıcında dayanan Özbəkistandan gedir. Ola bilsin ki, indi bitərəf olan bəzi ölkələr, məsələn, Monqolustan və Türkmənistan gələcəkdə təşkilata maraq göstərsin. Baxmayaraq ki, orta müddətli perspektivdə Ulan-Bator və Aşqabada qoşulma ehtimalı son dərəcə aşağıdır.

Bundan başqa, quruma İran da qoşula bilər və Tehran KTMT-yə daxil olarsa, o zaman Suriya da təşkilata maraq göstərə bilər. "Nəhayət, KTMT Azərbaycanın hesabına genişlənə bilər, xüsusən də Bakı və İrəvan münasibətləri yaxşılaşdıra və sülh müqaviləsi imzalaya bilsələr".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!