Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər

Siyasət

22 Noyabr 2021 12:38 1054


Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisinin görüşü gözlənilir.

Yenisabah.az "Nur News"a istinadla xəbər verir ki, görüş noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək İƏT (İslam Əməkdaşlıq Təşkilatı) sammiti çərçivəsində baş tuta bilər.

Xatırladaq ki, hazırda İƏT-ə İran, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla, 10 ölkə üzvdür. pizza

Prezidentlərin mümkün görüşü ərəfəsində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfər edərək bir sıra İran rəsmiləri ilə görüşlər keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!