Azərbaycan və İsrail birgə film çəkib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və İsrail birgə film çəkib

Mədəniyyət

09 İyul 2025 14:43 661


 

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə istehsalı olan “Sevgimizin yolları” filminin təqdimatı olub.

Yenisabah.az xəbər verir ki, ekran əsərində azərbaycanəsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının məhəbbət hekayəsindən, eləcə də İsrail və Azərbaycan xalqlarının dostluğundan bəhs olunur. pizza sifarişi

Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, prodüsseri Shaul Siman-Tovdur, operatorları isə Royal Quluzadə, Vusal Nazimoğlu və Sərxan Mədətlidir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!