Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Marqarita pizza
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Telegram kanalımız