Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Siyasət

26 Yanvar 2026 12:58 440


Xarici işlər naziri Ceyhun Bayramovla İsrail xarici işlər naziri Gideon Saar arasında geniş ikitərəfli görüş keçirilib.

"Yeni Sabah" xəbər verir ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla geniş sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni yolların araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.

Nazirlər beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar. Onlar öz regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verməyin vacibliyini vurğulayıblar. Marqarita pizza

Hər iki nazir Azərbaycan-İsrail tərəfdaşlığını daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!