Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

Siyasət

09 Aprel 2026 17:17 361


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

Bu barədə “Yeni Sabah”a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.  Dominos pizza

Nazir Ceyhun Bayramov ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi alqışlayaraq, bunun gərginliyin azaldılması, sabitliyin möhkəmləndirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından mühüm addım olduğunu vurğulayıb.

Dost və qardaş Pakistan tərəfinin atəşkəsin əldə olunması istiqamətində oynadığı mühüm rol xüsusilə təqdir olunub. Pakistana bölgədə sülh və sabitliyin təşviqi, tərəflər arasında dialoqun qurulması və etimadın möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə, habelə qarşıdan gələn İslamabad danışıqlarında uğurlar arzulanıb. İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid ifadə olunub. 

Nazir Ceyhun Bayramov Pakistanın ardıcıl və prinsipial mövqeyini, habelə konstruktiv təşəbbüslərini yüksək qiymətləndirib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və Azərbaycan-Pakistan tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!