Azərbaycan və Rusiya birgə vaksin istehsal edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Rusiya birgə vaksin istehsal edə bilər

Maraqlı

16 Aprel 2021 15:06 645


Rusiya yaxın günlərdə Azərbaycana 100 min dozadan çox “Sputnik V” koronavirus peyvəndini tədarük edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.

“Aprel-may aylarında 100 mindən çox “Sputnik” peyvəndinin tədarükü haqqında razılaşma əldə edilib”, - V. Matviyenko cümə günü Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş zamanı deyib. Dominos pizza

Rusiya parlamentinin sədri qeyd edib ki, pandemiyanı dayandırmağın, vətəndaşların həyatını və sağlamlığını qorumağın yeganə yolu kütləvi peyvəndləmədən keçir:

“Və bu təkcə bir ölkədə deyil, bütövlükdə bütün ölkələrdə həyata keçirilməlidir ki, ünsiyyət qura, bir-birimizi ziyarət edə bilək”.

V.Matviyenkonun sözlərinə görə, Rusiya Azərbaycana nəinki koronavirus əleyhinə peyvənd tədarük etməyə, həm də onun Azərbaycanda istehsalı məsələsini nəzərdən keçirir.

“Bu, əhalinin peyvənd edilməsindən əlavə, vaksinin ixracını həyata keçirməyə imkan verə bilər”, - deyə V.Matviyenko vurğulayıb.  (medicina.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!