Azərbaycan və Türkiyə generalları görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Türkiyə generalları görüşdü

Siyasət

18 Dekabr 2025 15:38 562


17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib. 

Dekabrın 18-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb. Toyuqlu pizza

General-polkovnik K.Vəliyev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının zəruriliyini bildirib. 

Ordu generalı L.Ergün Bakıda iki gündür davam edən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında icra olunan fəaliyyətlərin yeni imkanların formalaşmasında müsbət təsirindən danışıb, hərbi əlaqələrimizin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.   

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının cari vəziyyəti təhlil edilib, maraq doğuran məsələlər və perspektiv planlara dair geniş müzakirələr aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!