Azərbaycan vətəndaşı Türkiyədə həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan vətəndaşı Türkiyədə həlak oldu

Kriminal

12 Avqust 2019 14:49 989


Türkiyənin Antalya bölgəsinin Alanya turizm şəhərində Azərbaycan vətəndaşı həlak olub.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə avqustun 11-də baş verib.

Məlumata görə Alanyada yaşayan Ramil Zeynalov Qurban bayramının ilk günündə dostları ilə dənizdə çimməyə gedib, bir müddət sonra 24 yaşlı Ramil batmağa başlayıb. Dostları onu sahilə çəkiblər və 112 təcili yardım xidmətinə zəng vurublar. Hadisə yerinə təcili yardım briqadası gəlib və azərbaycanlını Alanya xəstəxanasına çatdırıblar, amma onun həyatını xilas etmək mümkün olmayıb. Dördpendirli pizza

Ramil Zeynalovun cənazəsi yarılmaq üçün məhkəmə-tibbi ekspertizası mərkəzinə aparılıb, polis araşdırma aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!