Ermənistanın “Hraparak” qəzeti maraqlı iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, Paşinyan hökuməti xalqı sülh prosesinə hazırlayır. Hətta güc strukturlarının da bu prosesə cəlb olunduğu bildirilir.
Bəs Azərbaycan cəmiyyəti necə, sülhə hazırdırmı? Ermənistanla sülh müqaviləsi imzalanacağı təqdirdə cəmiyyətin reaksiyası necə olacaq? Cəmiyyəti buna hazırlamağa ehtiyac varmı?
Yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında deyib ki, sülh ermənilər üçün daha vacibdir: Dominos pizza
“Azərbaycan xalqını nəyəsə hazırlamaq lazım deyil. Buna ehtiyac yoxdur. Biz qalib xalqıq. Biz öz torpaqlarımız uğrunda döyüşüb, zəfər qazanmışıq. Sülh bağlamaq onlara daha çox lazımdır. Bizim ehtiyacımız yoxdur”.
S.Səxavət qeyd edib ki, sülhün vacibliyini anladıqları üçün addımlar atırlar: “Paşinyan ona görə, bu yolda addımlar atır. Çünki prosesi qavrayır. Xalqı da buna hazırlamağa çalışır.
Ümumiyyətlə, bütün müharibələrin axırı sülhlə qutarır və təqdir olunur. Nə onlar qaçasıdı, nə də biz. Köçəsi də deyillər. Bunun dərin izahata, təhlilə ehtiyacı yoxdur”.
Nəzrin Vahid
Telegram kanalımız