Azərbaycan XİN-dən Lion məhkəməsinin qərarına münasibət

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN-dən Lion məhkəməsinin qərarına münasibət

Siyasət

27 Sentyabr 2019 14:34 964


Xarici İşlər Nazirliyi Fransa Respublikasının Lion/Lyon/ inzibati məhkəməsinin bu ölkənin Desin-Şarpyö/Decines-Charpieu şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri və Sen-Etyen/Saint-Etienne/ şəhəri ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında müvafiq olaraq 25 sentyabr 2017-ci il və 21 oktyabr 2018-ci ildə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair cari ilin 19 sentyabr tarixli qərarını alqışlayır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə XİN-dən daxil olan məlumatda deyilir.

Qeyd olunur: "Xatırladırıq ki, sözügedən qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, “Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində Daxili işlər və Avropa və xarici işlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına zidd olaraq imzalanıb. Sezar pizza

Bu günədək Fransanın şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 9 qanunsuz “müqavilə” Fransa Respublikasının müvafiq Məhkəmə qərarları ilə ləğv olunub.

Azərbaycan tərəfi hazırda qüvvədə qalan digər qeyri-qanuni “sənədlərin” də tezliklə Fransa Məhkəmələri tərəfindən ləğv ediləcəyinə ümid edir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!