Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

Sosial

25 Yanvar 2026 09:14 1316


2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən ümumilikdə 0,74 ton həcmində hisə verilmiş və mişarvari krevetka idxal edib.

Rəsmi statistikaya əsasən, idxalın ümumi dəyəri 6,03 min ABŞ dolları təşkil edib ki, bu da mövcud məzənnə ilə 10 min 251 manat deməkdir.

Krevetka idxalı əsasən Farer adaları, Qrenlandiya və Yaponiyadan həyata keçirilib. pizza mizza

Belə ki, Farer adalarından 0,04 ton krevetka 0,3 min ABŞ dolları dəyərində gətirilib. Bu ölkədən idxal olunan məhsulun 1 kiloqramının qiyməti 7,5 dollar və ya 12,75 manat olub.

Ən böyük idxal payı isə Qrenlandiyaya məxsusdur. Bu ölkədən 0,7 ton krevetka 5,54 min ABŞ dolları dəyərində idxal edilib. Qrenlandiya mənşəli krevetkanın 1 kiloqramı 7,91 dollar və ya 13,45 manat təşkil edib.

Yaponiyadan isə 0,19 min ABŞ dolları dəyərində krevetka idxal olunsa da, bu ölkə üzrə idxalın həcmi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycanda krevetkalar pərakəndə satış şəbəkələrində əsasən dondurulmuş krivetkalar 500 qr -1 kq  paketlər şəklində təqdim olunur. Marketlərdə bu məhsulun qiyməti 22,50 manatdan 34,50 manata qədər dəyişir. Bu isə kiloqram hesabı ilə 41,70-60 manat aralığında qiymət formalaşdığını göstərir. /Valyuta.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!