Azərbaycana daha çox kişi turistlər gəlir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana daha çox kişi turistlər gəlir

Sosial

25 Fevral 2019 21:59 796


2019-cu ilin yanvarında  Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 29,1 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.  Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar ayında gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2,0 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz), Cənubi Koreya (15,2 faiz) vətəndaşları arasında qeydə alınıb. Pepperoni pizza

Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 28,5 min nəfər olub. 2019-cu ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  0,9 faiz artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,2 faiz azalaraq 67,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin  63,8 faizi dəmir yolu və avtomobil, 35,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!