Azərbaycana gələn 115 kubalı həkim fotolarda

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gələn 115 kubalı həkim fotolarda

Sağlamlıq

13 İyul 2020 17:11 1366


İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirib. 

“Azərbaycan Hava Yolları” QSC-dən Yenisabah.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə  ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilib.

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimlərlə birgə pandemiya qarşı mübarizə tədbirlərində iştirak edəcək. Toyuqlu pizza

Qeyd edək ki, bu uçuş "Azərbaycan Hava Yolları" aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşurtu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı  "Boeing 787"  tipli təyyarəsi vasitəsilə həyata keçirilmişdir. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km təşkil edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!