Dağıstan sərhədçilərə Azərbaycana gələn avtobusdan qeydiyyata alınmamış külli miqdarda pul aşkarlayıb.
"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı respublikanın güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb.
“Pullar Yaraq-Qazmalar sərhəd keçid məntəqəsindəki avtobusda aşkarlanıb. Ümumilikdə 17 milyon rubl (452 min AZN - red.) avtobusun müxtəlif yerlərində gizlədilib”, - məlumatda qeyd edilib. Dördpendirli pizza
Bildirilib ki, pullar müsadirə edilib, avtobus cərimə meydançasına aparılıb, sürücü isə həbs edilib./Oxu.az
Telegram kanalımız