"Əgər Dzyuba, həqiqətən də, Azərbaycana getsə, ona yazığım gələr. Bu ölkədə oynamaq çox çətin olar. Artyom üçün belə isti bir iqlimdə tapşırıqların öhdəsindən gəlmək son dərəcə çətin olacaq. Bu, onun üçün pis seçimdir".
Yenisabah.az "Sport24"ə istinadla xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Vlastimil Petrjela 33 yaşlı hücumçu Artyom Dzyubanın Azərbaycan klublarından birinə keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
68 yaşlı mütəxəssis fikirlərinə belə davam edib: Marqarita pizza
"Təbii ki, onun Rusiyada oynamağa davam etməsi daha yaxşıdır. Ancaq klublar üçün Artyom artıq çox problemli oyunçudur. O, yaşlı və ləngdir. Dzyubanın qiyməti artıq keyfiyyətinə uyğun gəlmir, ona görə də heç bir klub onu dəvət etmir. Son vaxtlar onun oyununu görmüşəm və ona marağın olmaması məni heç də təəccübləndirmir. Bu futbolçunun tələblərini azaltmasının vaxtı çatıb".
Qeyd edək ki, V.Petrjela 2007-2008-ci illərdə "Neftçi"ni çalışdırıb.
Telegram kanalımız