Azərbaycana psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Kriminal

01 Aprel 2019 19:50 949


Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, rentgen aparatı vasitəsi ilə keçirilən gömrük baxışı zamanı səs gücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən hər birində 14 həb olmaqla 22 konvolyut, ümumilikdə 308 həb "Lirika 300 mq (Preqabalin)" adlı dərman preparatı aşkarlanıb.

Qeyd edək ki, "Lirika (Preqabalin)" adlı dərman preparatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!