Azərbaycana yeni tibbi cihazlar gətirilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana yeni tibbi cihazlar gətirilib

Sağlamlıq

13 Oktyabr 2020 14:24 1236


İllizarov aparatı yaralı hərbçilərin müalicəsi üçün ideal tibbi ləvazimatdır. 

Yenisabah.az xəbər verir ki, müharibə şəraitində mühüm əhəmiyyətə malik bu növ yeni tibbi cihazlar Azərbaycana gətirilib.

Artıq 510 belə aparatdan ibarət ilk partiya paytaxtdadır. Bu aparatlar hərbi hospitallara paylanıb. Müharibə şəraitində olan ölkələrdə vacib əhəmiyyət kəsb edən bu aparatlar ayrı-ayrı sümük parçalarının uzunmüddətli fiksasiyası, sümük toxumasının zədələnməsini azaltmaq üçün mühüm tibbi aparat hesab olunur.  pizza mizza

Aktiv müharibə şəraitində hərbi hospitallarda, eyni zamanda mobil hospitallarda da bu aparatlar hərbçilərin sağlamlığına qovuşması, onların daha tez tibbi ehtiyaclarının qarşılanması baxımından yüksək əhəmiyyət daşıyır. Bu aparat sayəsində çox sayda əsgərimiz öz sağlamlığına qovuşacaq. Həmin cihazların ordu üçün təchizatı layihəsi çərçivəsində İlizarov aparatından 3500 ədəd sifariş olunub. 

Qeyd edək ki, İlizarov aparatlarının ölkəyə gətirilməsi iş adamı Anar Əlizadə tərəfindən həyata keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!