Azərbaycanda 14 gün iş olmayacaq   - Tarixlər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 14 gün iş olmayacaq - Tarixlər

Sosial

11 Yanvar 2026 16:20 13938


Azərbaycanda 2026-cı ilin istehsalat təqviminə əsasən mayda iki tarixi gün və bir bayrama görə qeyri-iş günləri olacaq.

"Yeni Sabah" Metbuat.az-a istinadən xəbər verir ki, 9 May Faşizm üzərində Qələbə Günü, 28 May Müstəqillik Günüdür. Həmçinin Azərbaycanda rəsmi olaraq Qurban bayramı 27, 28 may tarixlərində olacaq.

Belə ki, 9 May Faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyindən 11 may tarixi də qeyri-iş günü olacaq. Sezar pizza

27, 28 may tarixləri isə həm Qurban bayramına, həm də Müstəqillik Gününə təsadüf edir. Bu tarixlər isə müvafiq olaraq çərşənbə və çərşənbə axşamına təsadüf edir. Bayramlar üst-üstə düşdüyündən 29 may tarixində də qeyri-iş günü gözlənilir.

Ümumilikdə bayramlara görə, mayda 9, 11, 27, 28, 29 qeyri-iş günləridir. Şənbə və bazar da daxil olmaqla 14 gün iş olmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İsmayıl
    Salam məktəblərdə olmayacaq?
    4 months ago