Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi   - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - Siyahı

Sosial

30 İyul 2020 14:07 2472


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib. pizza

Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.

Həmin məktəblər aşağıdakılardır:

19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!