Azərbaycanda 22 yaşlı qadın yoldaşı tərəfindən   vəhşicəsinə DÖYÜLDÜ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 22 yaşlı qadın yoldaşı tərəfindən vəhşicəsinə DÖYÜLDÜ - VİDEO

Kriminal

15 İyun 2025 12:10 581


Astarada qadın əri tərəfindən zorakılığa məruz qalıb.

Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Astarada 2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Cəfərli vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Qohumlarının verdiyi məlumata görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən amansızlıqla döyülüb və ölümə təhrik olunub. 

Qeyd olunub ki, Nərmin və Mirəhməd 2020-ci ildə ailə həyatı qurublar. Ailə arasında dəfələrlə münaqişə olub və qadın, yoldaşı tərəfindən döyülüb. Ailədə eyni hadisə ötən gün də yaşanıb.  pizza sifarişi

Hazırda N.Cəfərlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!