Azərbaycanda 3 dövlət qurumu BİRLƏŞDİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 3 dövlət qurumu BİRLƏŞDİ

Siyasət

17 Dekabr 2025 18:51 7352


Naxçıvanda bir sıra qurumlar birləşib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.

 “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi MR Nazirlər Kabinetinə və MR İqtisadiyyat Nazirliyinə həvalə edilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!