Azərbaycanda 5 müəssisənin səhmləri təkrar hərraca çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 5 müəssisənin səhmləri təkrar hərraca çıxarılacaq

İqtisadiyyat

01 İyul 2025 18:22 438


Avqustun 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) təkrar pul hərracı keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, hərraca " Ağdaş Quşçuluq", " Cəlilabad Şərab ", "Salyan Broyler", "Şıxlar Broyler" və “Zaqatala Fındıq " ASC-lərin səhmləri çıxarılacaq. Marqarita pizza

Sifarişlər İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalana qədər qəbul olunacaq. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!