Azərbaycanda 66 nəfər süni tənəffüs cihazına qoşulub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 66 nəfər süni tənəffüs cihazına qoşulub

Sağlamlıq

23 İyul 2020 22:30 1290


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 23-nə olan statistik göstəriciləri açıqlayıb.

Yenisabah.az xəbər verir ki, hazırda ölkədə 7615 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 330 nəfər reanimasiyada, 66 nəfər isə süni tənəffüs cihazındadır. Ümumilikdə 28 980 nəfər virusa yoluxub, 20 974 nəfər sağalıb. pizza

Qeyd olunub ki, bu gün 8 829 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 658 782 test aparılıb.

Qeyd edək ki, bu gün 347 koronavirusa yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 531 nəfər sağalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!