Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90 dövlət qurumu öz daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayaraq tətbiq üçün təsdiq edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Məlumata görə, həmin təlimatlar dövlət qurumlarında informasiya sızmasına qarşı informasiya təhlükəsizliyi təminatına diqqət və nəzarətin gücləndirilməsi məqsədi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının hazırladığı və dövlət qurumlarına təqdim etdiyi nümunəvi təlimat əsasında hazırlanıb. Marqarita pizza
Telegram kanalımız