Azərbaycanda ağır yol qəzası:   Ölən və yaralanan var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var - Fotolar

Hadisə

29 Aprel 2020 21:19 1649


Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlunun idarə etdiyi “VAZ 21099” markalı maşın yol kənarındakı kanala aşıb. pizza mizza

Qəza nəticəsində A.Səməndərov və onun sərnişini 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon xəstəxanasına aparılıb.

T.Quliyev həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı araşdırma aparılır.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!