Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

Hadisə

02 May 2020 19:56 715


Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri xəstəxanada ölüb. Dominos pizza

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!