Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Mirzəxan kəndində qeydə alınıb.
Belə ki, "VAZ-21011" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər - İsmaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Toyuqlu pizza
Xəsarət alanlardan birinin vəziyyəti yaxşı olduğundan o evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. / report
Telegram kanalımız