Azərbaycanda ailə faciəsi: Oğul anasını səhvən güllələyib öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ailə faciəsi: Oğul anasını səhvən güllələyib öldürdü

Hadisə

18 İyul 2020 17:24 1200


Saatlıda oğul anasını güllələyərək öldürüb.

Yenisabah.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kamallı kəndində qeydə alınıb.

Kənd sakini, 29 yaşlı Raciv Qənbərov ehtiyatsızlıqdan anası, 54 yaşlı Tavuz Qənbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Sezar pizza

Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib. 54 yaşlı qadının meyiti Sabirabad morqunda müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.

Hadisənin təfərrüatı hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.

Bildirilir ki, R.Qənbərov vəhşi heyvana güllə atmaq istəyib, bu zaman ehtiyatsızlıqdan yaxınlıqda olan anası gülləyə tuş gəlib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!