Azərbaycanda Avro-5 dizel yanacağının istehsalına başlanılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Avro-5 dizel yanacağının istehsalına başlanılacaq

İqtisadiyyat

30 Avqust 2019 10:54 1329


SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına 2021-ci ildə başlayacaq.

“Yeni Sabah” "APA”-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BNEZ-in modernizasiya və yenidən qurulması layihəsinin direktoru Nihal Allahverdiyev bildirib.

Onun sözlərinə görə, Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalı zavodda aparılan modernizasiya və yenidənqurma işlərinin nəticəsində mümkün olacaq. Dördpendirli pizza

Avro-5 standartlarına uyğun benzinin istehsalına zavodda dizel yanacağının istehsalına başlayandan sonra bir qədər sonra start veriləcək, deyə E. Allahverdiyev qeyd edib.

Xatırladaq ki, daha öncə SOCAR Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına 2020-ci ildə, benzinin istehsalına isə 2021-ci ildə başlamağı planlaşdırdı.

Qeyd edək ki,  yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra BNEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. Layihənin reallaşdırılması 2025-ci ilədək bitəcək. Hazırda zavodda 6 işlək qurğu var, 2025-ci ildə isə qurğuların sayını 24-ə çatdırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!