Azərbaycanda balıq tutmağa çalışan ata uşaqlarının gözü qarşısında boğuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda balıq tutmağa çalışan ata uşaqlarının gözü qarşısında boğuldu

Hadisə

08 Mart 2020 17:14 737


Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu bu gün saat 16:00 radələrində rayonun Kərkənc kəndi ərazisində yerləşən göldə balıq tutarkən ehtiyatsızlıq edib və palçığa görə ayağı sürüşərək suya yıxılıb.

Xalid Ömərov köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. pizza sifarişi

Məlumata görə, Xalid Ömərov balıq tutmağa 3 azyaşlı övladı ilə gedib və hadisə də övladlarının gözü qarşısında baş verib. Uşaqlar suda boğulan atalarına kömək etmək üçün kənd sakinlərini əraziyə çağırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. X.Ömərovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!