Azərbaycanda bank 20 avro üçün 12.40 avro komisyon haqqı aldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bank 20 avro üçün 12.40 avro komisyon haqqı aldı

İqtisadiyyat

29 Avqust 2019 18:04 1091


Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Bank Respublikanın Almaniyadan ona göndərilən 20 avro üçün 12.40 avro çıxmasından şikayət edib.

“Yeni Sabah” xəbər verir ki, hüquqşünas Feysbuk hesabında 20 avro üçün bu qədər pulun tutulmasına etiraz edərək, bankın bu addımını soyğunçuluq adlandırıb:

“Bank Respublika müştərilərinin nəzərinə! Avropadan avro köçürmələri alanda ehtiyatlı olun. Marqarita pizza

Almaniyadan bank hesabından mənim hesabıma 20 avro pul göndərdilər. Alman bankı məndən bu pulun çatdırılması üçün cəmi 18 sent çıxdı və qalan 19,82 avronu çatdıracağını bildirdi. Bank Respublika isə transfer üçün həmin məbləğdən nə az, nə çox tam 12.40 avro pul çıxdı və mənə 7.40 avro çatdı”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!