Quba rayonunda bədbəxt hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Qımıl kəndində qeydə alınıb.
Kənd sakini, 2002-ci il təvəllüdlü Musayev Bəşir Çərkəz oğlu həyətdə ocaq qalayarkən, üstünə yanacaq düşərək yanıb. O, dərhal Qusarda yerləşən özəl tibb müəssisəsinə oradan isə Bakıya göndərilib. Həkimlərin səyinə baxmayaraq ağır yanıq xəsarətləri alan şəxsi xilas etmək mümkün olmayıb. pizza mizza
Faktla bağlı araşdırmalar davam etdirilir. /APA
Telegram kanalımız