Azərbaycanda benzin ucuzlaşa bilərmi?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda benzin ucuzlaşa bilərmi?

İqtisadiyyat

09 Mart 2020 15:11 819


“Neftin kəskin şəkildə ucuzlaşması benzinin qiymətinə təsir etməyəcək”. 

Bu sözləri Yenisabah.az-a iqtisadçı ekspert Qadir İbrahimli bildirib. Onun sözlərinə görə, 2008 və 2015-ci il təcrübəsi göstərir ki, neftin ucuzlaşması benzinin qiymətinin aşağı salınmasına səbəb olmayıb. 

“2008 və 2015-ci illərdə də neftin qiymətində ucuzlaşma baş vermişdi. Lakin hökumət benzinin qiymətini salmadı. Bir qədər sonra hələ artırdı da. Bu dəfə də belə olacağını söyləmək olar. Benzinin ucuzlaşacağını düşünənlər yanılırlar”, -deyə Qadir İbrahimli vurğulayıb. Marqarita pizza

Dünya bazarında neftin qiyməti ucuzlaşaraq 32 dollara düşüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!